İstanbuldakı terror aktında həlak olan azərbaycanlının cənazəsi ölkəyə gətiriləcək

© REUTERS / Umit BektasГвоздики у входа в ночной клуб Рейна, Стамбул, 1 января 2017 года
Гвоздики у входа в ночной клуб Рейна, Стамбул, 1 января 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
İstanbuldakı terror aktında həlak olan Nuranə Həsənova Rusiya vətəndaşıdır.

BAKI, 2 yan — Sputnik. Yeni il gecəsi İstanbulun Reina gecə klubunda törədilən və 39 nəfərin ölümü ilə nəticələnən terror aktı ilə bağlı polis 8 nəfəri saxlayıb.

Bu barədə Sputnik Milliyet-ə istinadən məlumat verir.

Şübhəlilərin hamısı İstanbul şəhərində saxlanılıb.

Bu arada terror aktı nəticəsində həlak olan Rusiya vətəndaşının azərbaycanlı olduğu məlum olub. Söhbət Nuranə Həsənovadan gedir. Onun cəsədi Azərbaycana göndəriləcək.

Xəbər lenti
0