Dünya hələ bu yaşda ana görməmişdi

© pixabay / CC0 Public DomainYeni doğulmuş körpə
Yeni doğulmuş körpə - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, dekabrda Anastasiya Ontou adlı qadın Yunanıstanda öz qızının uşağını bətnində daşıyaraq rekorda imza atmışdı.

BAKI, 2 yan — Sputnik. Çinin Jilin vilayətinin sakini olan 64 yaşlı qadın dünyaya uşaq gətirib. RİA Novosti xəbər verir ki, bununla o, dünyaya sağlam uşaq gətirən ən yaşlı ana rekordunu təzələyib.

Məlumata görə, doğum ötən həftə Çinin Çanqçun şəhərində baş verib. Qadının hamilə qalması isə süni mayalanma yolu ilə mümkün olub. Qadının ovulyasiya dönəmi 10 il öncə bitib. Çinli qadının dünyaya gətirdiyi oğlan körpənin çəkisi 3.7 kiloqramdır. Körpəsini qeysəriyyə əməliyyatı ilə dünyaya gətirən qadının həkimləri isə bildirib ki, onun yaşında və sağlamlığında olan bir qadının uşaq dünyaya gətirməsi ciddi risk olub.

Qadının yaxınları deyiblər ki, onun əri evin tək uşağını itirəndən sonra buna razılığını verib. 

Qeyd edək ki, dekabrda Anastasiya Ontou adlı qadın Yunanıstanda öz qızının uşağını bətnində daşıyaraq rekorda imza atmışdı. 67 yaşlı qadın dünyanın ən yaşlı surroqat anası kimi tarixə düşdü.

Xəbər lenti
0