CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gombul adamların az hərəkət etməsinin sirri bilindi

© Photo : http://www.1mhealthtips.com/Мужчина, страдающий от ожирения. Архивное фото
Мужчина, страдающий от ожирения. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Alimlər hesab edirlər ki, bunun əsl səbəbi beyində gedən hormonal dəyişikliklərdir

BAKI, 1 yan — Sputnik. Artıq çəkili insanların “idmançılardan” daha az hərəkət etməsinin səbəbi tənbəllik və öz çəkisini daşımaq ağırlığı deyil. “Cell Metabolism” jurnalında dərc olunan məqalədə bildirilir ki, bunun əsl səbəbi beyində gedən hormonal dəyişikliklərdir ki, bunun da nəticəsində artıq çəkili insanlar hərəkətdən zövq ala bilmirlər.

“Biz bilirik ki, insanların və ya siçanların ümumi fiziki fəaliyyət səviyyəsi onların sağlamlığı ilə bağlıdır. Lakin biz kök insanları daha az hərəkət etməyə nəyin məcbur etdiyini bilmirik. Çoxları düşünür ki, bunun səbəbi artıq çəkidir. Lakin bizim araşdırmamız göstərir ki, bu düşüncə yalnışdır”, — deyə Bethesd (ABŞ) Milli Diabet İnstitutunun əməkdaşı Aleksey Kravitz yazır.

Son illər alimlər piylənməyə səbəb olan müxtəlif mürəkkəb amillər tapıblar. Məsələn artıq çəki qazanmaq ehtimalı insanın tək gen quruluşundan sılı deyil, buna genin hüceyrələrdə necə “qablaşdırıldığı”, bağırsağında hansı bakteriaların olduğu və uşaq vaxtı necə yatdığı da təsir edir. Məlumdur ki, piylənməyə meyilli insanlar çox hərəkət etməyi xoşlamırlar. Onlar hətta qısa məsafələri qət etmək üçün nəqliyyat, lift və digər daha az hərəkətli üsullardan istifadə edirlər. Kravitz və onun yoldaşları kök və arıq siçanların davranışını izləyərək buna səbəb olan bioloji amilləri tapmağa çalışıblar.

Məlum olub ki, yüksək kalorili qida qəbul edən siçanlarda Parkinson xəstəliyindəki kimi beyində yerləşən “qara cism”dəki hormonların sayı azalıb. “Qara cism”in dağılması isə pis hərəkət etməyə, balansın itirilməsinə və hərəkət zamanı ağrılara səbəb olur.

Bu müşahidələr maraqlı bir faktın aşkar olunmasına gətirib çıxardılar: siçanların hərəkət aktivliyi artıq çəki qazanmaqdan əvvəl azalmışdı. Bu isə onu göstərir ki, hərəkətsizliyin səbəbi artıq çəki amili deyil. Əslində isə bunun səbəbi beyin strukturunda baş verən dəyişikliklər olub. Naməlum səbəblərə görə bol qida beyində olan dofamin reseptorlarının azalmasına gətirib çıxarır ki, bu da canlının hərəkət aktivliyinə təsir edir.

“Bu reseptorları kimyəvi blok edəndə və ya gen terapiyası ilə aradan qaldıranda, bütün heyvanlar, həm kökləri, həm arıqları daha az hərkət etməyə başlayırlar. Bu onu göstərir ki, bu reseptorların stimullaşdırılması artıq çəkili insanlara daha çox hərəkət etməyə və bununla piydən azad olmağa imkan verə bilər”, — alimlər bildiriblər.

Xəbər lenti
0