BAKI, 31 dek — Sputnik. Mingəçevir şəhərində azyaşlı uşağın əlində pirotexniki məhsul olan partlayıcı vasitə partlayıb, xəsarət alıb.
APA-nın xəbərinə görə, hadisə şəhərin M.Maqomayev küçəsindəki 89/11 ünvanda yerləşən mənzildə qeydə alınıb. Ailənin azyaşlı övladı, 2010-cu il təvəllüdlü Haqverdiyev Elgün Elsevər oğlu əlindəki partlayıcı paketi alışdırarkən ehtiyatsızlıq edib və onun partlaması nəticəsində uşağın əli yanıb.
O, təcili olaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda uşağın vəziyyəti kafi qiymətləndirilir.