BAKI, 30 dek – Sputnik. Suriyada Türkiyənin daha bir əsgəri şəhid olub, 5-i isə yaralanıb.
Sputnik Türkiyə NTV-nə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı da təsdiqləyib.
Əl-Bab şəhəri ətrafında gedən döyüşlərdə türk ordusu İŞİD terror təşkilatının liderlərindən olan əl-Tunusi və 26 silahlını öldürüb.
Məlumata görə, Rusiyaya aid döyüş təyyarələri də ilk dəfə olaraq Əl-Babda İŞİD-in mövqelərinə zərbələr endirib.