Qüdrət Həsənquliyevdən İran əleyhinə sərt çıxış

© Photo : APAMillət vəkili Qüdrət Həsənquliyev
Millət vəkili Qüdrət Həsənquliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Qüdrət Həsənquliyev parlamentin iclasında ötən gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın “Dağlıq Qarabağ Respublikası” ifadəsinin işlətməsinə münasibət bildirib.

BAKI, 30 dek-Sputnik. İran bizim Şuşadakı tarixi məscidin bərpası ilə bağlı mətbuatda oxudum ki, Ermənistan tərəfi və Dağlıq Qarabağdakı separatçı rejim ilə hansısa “razılıq” əldə edib.

Millət vəkili Qüdrət Həsənquliyev parlamentin iclasında ötən gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın “Dağlıq Qarabağ Respublikası” ifadəsinin işlətməsinə münasibət bildirərkən bu cümləni işlədib.

"O gün İranın müdafiə naziri Hüseyn Dehqan bir açıqlama verib ki, biz İsrailin regionda iştirakına dözməyəcəyik.

Azərbaycanda bir gözəl el məsəli var. Deyir, a bala adın nədir? Deyir, mülayim. Deyir sərt olub neyləyəcəkdin ki? İndi İran dözməyib neyləyəcək ki? Azərbaycanı işğal edəcək? Azərbaycana hücum etsə, İran siyasi xəritədən silinəcək, ərazisində 5 yeni dövlət yaranacaq", deyə o bildirib.

Həsənquliyev sərhəddəki gərginləşməyə də toxunub: "Dünən də ermənilər yenidən təxribat törədiblər. Bu dəfə qəsdən Ermənistan Azərbaycan sərhədində istəyir ki, üçüncü dövləti — Rusiyanı qoşsunlar bu konfliktə. Hesab edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi zamanında, lazımi açıqlama ilə çıxış etdi. Yəni, erməni xalqı bilməlidir ki, Azərbaycan yalnız işğalçı əsgərlər üçün məzar yeri ola bilər. Onlar işğal etdikləri ərazilərdən çıxmalıdırlar. 

Çox təəssüf ki, Ermənistanın tütəyinə çevrilmiş Nikolay Bordyuja yenə bir açıqlama verib separatçı rejimi “Dağlıq Qarabağ Respublikası” adlandırıb. Yenə də Ermənistanın müdafiəsinə qalxıb və s. Hesab edirəm ki, biz KTMT-yə üzv olan ölkələrə onun baş katiblikdən uzaqlaşdırması ilə bağlı müraciət etməliyik. O, Ermənistanın ruporuna çevrilib. Bu, Ermənistan tərəfindən ələ alınmış bir adamdır. Biz nə qədər onun Rusiyanın özünün mövqeyinə zərbə vuran açıqlamalarına dözməliyik?".

Millət vəkilinin fikrincə, İsraillə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq lazımdır. Düşünürəm ki, İsraildə də Azərbaycan Respublikası səfirliyinin açılmasının vaxtı çatıb.

Parlament sədri Oqtay Əsədov bildirib ki, KTMT-nin baş katibi Nikolay Bordyujanın fikrini şişirtməyə ehtiyac yoxdur: “Onun fikri Rusiyanın mövqeyi deyil. Bu gün Bordyujadır baş katib, sabah başqası. Bu, o demək deyil ki, Rusiya onun fikri ilə razılaşır”.

İran məsələsinə gəldikdə, parlament sədri bildirib ki, "İranda kimsə nəsə deyə bilər. İran bizim daxili işimizə qarışmır. Biz də onların daxili işlərinə qarışmırıq. Biz bir kəlmə demədik ki? İran prezidenti getdi Ermənistana. Onların öz daxili işi var. Amma kiminsə sözü ilə burada müzakirə açmayaq. Biz öz siyasətimiz aparırıq. Məsələləri çox genişləndirməyə lüzum bilmirəm". 

Xəbər lenti
0