ELM

Milli Məclisdən "Qarabağ tarixi"nə etiraz

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan
Abunə olmaq
Deputatlar 8-ci sinifdə ayrıca Qarabağ tarixinin keçilməsinə görə izahat tələb ediblər.

BAKI, 30 dek — Sputnik. 8-ci sinifdə rus dili bölməsində Azərbaycan və Qarabağın tarixi ayrıca kitablarla tədris olunur. Bu məsələ araşdırılmalıdır.

Bunu Milli Məclisin plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. 

O, bildirib ki, bir qrup tarix müəllimi ona müraciət edib: “Müəllimlərin dediyinə görə, 8-ci sinifdə rus dili bölməsində Azərbaycan və Qarabağın tarixi ayrıca kitablarla tədris olunur. Bu məsələ araşdırılmalıdır. Tarixi ayrıca tədris etmək nə deməkdir? Azərbaycana məxsus yerlərin ayrıca tədris olunmasına nə ehtiyac var?”

Milli Məclisin sədri Oqtay Əsədov də bu məsələyə aydınlıq gətirilməli olduğunu deyib. Əsədov bildirib ki, bu kitabları yazanlar üzə çıxarılmalıdır: “Araşdırın görək, bunu kim yazıb?”

Millət vəkili Yaqub Mahmudov isə olanları "təxribat" adlandırıb: "Buna kəskin etiraz edirik, bu təxribatın qarşısı alınmalıdır".

 

Xəbər lenti
0