“Obama özünü əlindən oyuncağı alınmış uşaq kimi aparır”

© REUTERS / Kevin LamarqueПрезидент США Барак Обама, фото из архива
Президент США Барак Обама, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: Əgər Obamanın Rusiyaya qarşı niyyəti sərt idisə, bu qərarları vaxtında verərdi.

BAKI, 30 dek – Sputnik. Ağ Ev Rusiyanın noyabr ayında ABŞ-da keçirilən seçkilərə haker müdaxiləsi ilə əlaqədar həmin ölkəyə sanksiyalar tətbiq edib.

Obama administrasiyasının verdiyi qərara əsasən 35 rus diplomata Amerikanı tərk etməsi üçün 72 saat vaxt qoyulub. Bundan başqa Rusiyanın iki aparıcı xüsusi xidmət orqanlarına qarşı da xüsusi tədbirlər görüləcək. 

“Rusiya hökumətinin amerikalı rəsmilərə qarşı aqressiv davranışına və kiber əməliyyatlarına cavab olaraq bir sıra addımların atılmasına göstəriş vermişəm. Bu ölçülər Rusiya hökumətinə dəfələrlə edilən xəbərdarlıqların ardınca götürülür. Qəbul etdiyimiz qərar ABŞ-ın maraqlarına ziyan vuran hərəkətlərə vacib və layiqli cavabdır”, deyə — Barak Obama bildirib.

Qeyd edək ki, Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) Rusiya hakerlərinin seçkilərə təsir göstərmək məqsədilə Demokrat Partiyasının serverlərinə və Hillari Klintona yaxın adamların e-mail hesablarına hücum etdikləri qənaətinə gəlib.

Rusiyanın xarici işlər nazirliyi Ağ Evin yeni sanksiyaları haqda sərt ifadələr işlədib:

"Açıq desək, biz ABŞ rəsmilərinin tez-tez dilə gətirdikləri “Rusiya hakerləri” barədə yalanlarından bezmişik. Obama administrasiyası bir il yarım bundan öncə favorit namizədinin şanslarını artırmaq üçün yalan xəbərlər kampaniyasına başlayıb. İstədiyi nəticəni əldə etmədikdən sonra öz iflasına bəhanə gətirməyə çalışır” deyə — XİN sözçüsü Mariya Zaxarova bildirib.

Mövzunu Sputnik-ə dəyərləndirən millət vəkili Asim Mollazadə deyib ki, Obamanın verdiyi qərarların o qədər də önəmi yoxdur: “Bunlar hamısı gecikmiş addımlardır. Əgər Obamanın Rusiyaya qarşı niyyəti sərt idisə, bu qərarları vaxtında verərdi. İndiki vəziyyət “arxadan atılan daş topuğa dəyər” məsəlinə bənzəyir. Yanvarın ortalarından etibarən Amerikanı yeni prezident, yeni administrasiya idarə edəcək. Düşünürəm ki, Rusiya-ABŞ münasibətlərinin gələcəyi yeni rəhbərliyin aparacağı siyasətdən asılı olacaq”. 

Millət vəkili Araz Əlizadə isə Sputnik-ə açıqlamasında bildirib ki, Barak Obamanın əsas məqsədi yeni prezident Donald Trampın ruslarla yaxşı münasibətlər qurmasını əngəlləməkdir:

“Obama özünü əlindən oyuncağı alınmış uşaq kimi aparır. Belə bir məsəl var. Hirsli başda ağıl olmaz. Son günlər verdiyi qərarlar olduqca axmaqdır. O çalışır ki, Donald Tramp vəzifəyə gələndə ruslarla yaxşı münasibətlər qurmaqda çətinlik çəksin”. 

Xəbər lenti
0