BAKI, 30 dek — Sputnik. 1989-cu il dekabrın 30-da Gəncə şəhərinin tarixi adı bərpa edilib.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti Yelizavetpol adını ləğv edərək şəhərin adını özünə qaytarsa da, sovetləşmədən sonra Gəncə Kirovabad adlandırılmışdı.
Qədim mədəniyyətin beşiyi, Nizaminin ana yurdu olan Gəncə şəhəri cənub-şərqdə Kiçik Qafqazın ətəyində, Gəncə-Qazax düzənliyində, Gəncəçay çayının hər iki sahilində yerləşir.