BAKI, 30 dek — Sputnik. Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 4 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşları aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 07:28-də başa çatıb.
Dörd nəfər ölümdən xilas edildi
10:41 30.12.2016 (Yenilənib: 20:47 16.11.2021)
Abunə olmaq
FHN-ə Bakı şəhəri, Xətai rayonunda mənzildə 4 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub