CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu xəbər məcburi köçkünləri məyus edəcək

© © REPORTQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Yanvarın 1-dən sonra doğulacaq məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək

BAKI, 30 dek — Sputnik. Yanvarın 1-dən sonra doğulacaq məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək. Sputnik xəbər verir ki, bu yenilik Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) 29 iyul 2016-cı il tarixli qərarı ilə, "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"da edilən dəyişikliklərdə əksini tapıb.

Dəyişikliyə əsasən, 2016-cı il 31 dekabr tarixindən sonra doğulmuş məcburi köçkün uşaqları yemək xərci üçün aylıq müavinətin verilmədiyi şəxslərin siyahısına daxil edilib.

Xəbər lenti
0