Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Biləsuvardakı iğtişaşa görə saxlanılanların sayı artır

© Sputnik / Kamal AlmuradlıCəbrayıl rayonu 1-11 saylı qəsəbələr
Cəbrayıl rayonu 1-11 saylı qəsəbələr - Sputnik Azərbaycan
Abunə olmaq
Daha 2 nəfər barəsində 3 aylıq həbs qərarı verilib

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 30 dek — Sputnik. Xəbər verdiyimiz kimi, dekabrın 22-sində Biləsuvar rayonu ərazisində məskunlaşan Cəbrayıl köçkünləri, elektrik enerjisinin verilişindəki məhdudiyyətlərə etiraz olaraq yerli icra hakimiyyətinin inzibati binası önündə aksiya keçiriblər. Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumata görə, razılaşdırılmamış aksiyanın qarşısı alınarkən 9 polis əməkdaşı xəsarət alıb, habelə 1 xidməti avtomobilin şüşələri sındırılıb. 

© Sputnik / Kamal AlmuradlıBiləsuvar rayonu ərazisində məskunlaşan Cəbrayıl köçkünləri
Biləsuvar rayonu ərazisində məskunlaşan Cəbrayıl köçkünləri - Sputnik Azərbaycan
Biləsuvar rayonu ərazisində məskunlaşan Cəbrayıl köçkünləri

İlkin məlumatda hadisənin fəal iştirakçısı kimi 3 nəfərin (Cəlal Quliyev, İlkin İsgəndərov və Gülağa Alməmmədovun) saxlanıldığı bildirilirdi. Bundan sonra iğtişaşa görə daha 2 nəfər — Quliyev Ülvi Məhəmməd oğlu və Fehruzlu Zaur Təbriz oğlu da saxlanılıb. Bu barədə Sputnik-in bölgə müxbirinə Ü. Quliyevin atası, Biləsuvardakı 5 saylı köçkün qəsəbəsində yaşayan Məhəmməd Quliyev məlumat verib.

"Onlar əvvəlcə polis tərəfindən şübhəli şəxs qismində 48 saat müddətinə saxlanılıblar. Sonra isə, Cəbrayıl Rayon Məhkəməsinin dekabrın 26-da çıxardığı hökmlə barələrində 3 aylıq həbs qətimkan tədbiri seçilib", — M. Quliyev bildirib.

Həbs olunan köçkünlər Cinayət Məcəlləsinin 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilirlər.

Xəbər lenti
0