Bakıda xüsusi bayram atmosferi hökm sürür: küçə və prospektlər bayram çilçıraqları ilə bəzədilib.
Bu il Bakının Dənizkənarı bulvarı hər il Xəzərin sahilini bəzəyən ənənəvi 10 yolkadan imtina edib. Hazırda şəhərdə bir neçə yolka quraşdırılıb. Onlardan ən hündürü bulvarda Kukla Teatrının arxasındadır.
Yeni ili qarşılamağa xüsusi hazırlıq İçərişəhərdə görülür. Qız Qalasının qarşısında dizaynerin əl işi olan parlaq qırmızı şarlarla bəzədilmiş qeyri-adi yolka quraşdırılıb.