Natiq Cəfərli: Neftin qiymətinin qalxmasından ən çox qazanan Amerikadır
Analitiklər keçən həftə arzində neft ehtiyyatlarının 2,1 milyon barel azalacağını gözləyirdilər. Lakin neft ehtiyyatlarında 4,2 milyon artım qeydə alındı. Bundan başqa, Amerikanın Neft İnstitutunun “qara qızıl” ehtiyyatlarının artdığı haqda bəyanatları neftin qiymətinin enməsinə səbəb olur. İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, 2017-ci ildə neftin qiymətinin hansı səviyyədə olması bir neçə məsələlərdən asılı olacaq:
“Bu ilin sonunda OPEC və Rusiya danışıqlar və bazara sözlü müdaxilələr vasitəsilə qiyməti 55 dollara qədər qaldıra bildi. Amma hələ heç bir iş görülməyib, anlaşmanın yanvardan sonra yerinə yetirilməsi nəzərdə tutulur.
Yanvardan sonra bazar bu anlaşmaların necə realizə olunacağına reaksiya verəcək. Əgər anlaşmaların yerinə yetirilməsində problem yaşanacaqsa, bu, bazara çox mənfi təsir göstərəcək”.
“Gələn il Amerikadan digər bir xəbər də neftin qiymətinə təsir göstərəcək ki, bu da Federal Rezerv Sisteminin faiz artımının həyata keçirilməsi olacaq. Əgər nəzərdə tutulduğu kimi FED üç dəfə faizləri artırsa, bu, dolların bahalaşmasına və neftin qiymətinin ucuzlaşmasına səbəb olacaq”, — deyə o bildirib.