10 iclasda 195 qanun və qərar qəbul edilib

© Sputnik / Murad OrujovЗдание парламента Азербайджанской Республики
Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin sədri bildirib ki, parlament bu il beynəlxalq əlaqələrini də inkişaf etdirib.

BAKI, 30 dek-Sputnik. Milli Məclisin 2016-cı il payız sessiyasında görülən işlərə nəzər salsaq, deyə bilərik ki, parlament səmərəli fəaliyyət göstərib. 10 iclasda 195 qanun və qərar qəbul edilib.

Sputnik xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin payız sessiyasında sonuncu plenar iclasında deyib. 

Milli Məclisin sədri bildirib ki, parlament beynəlxalq əlaqələrini də inkişaf etdirib. Bu il 2 beynəlxalq təşkilatda öz iştirakımızı bərpa etdik. Sessiya ərzində nümayəndə heyətləri 24 ölkəyə 50-dən çox səfər ediblər. Millət vəkilləri bir çox ölkələrdə parlament, prezident seçkilərini, referendumu izləyiblər.

“Bu sessiyada 40-dan çox xarici dövlətin, beynəlxalq təşkilatların 50-ə yaxın nümayəndə heyəti Azərbaycana təşrif buyurublar. 2016-cı ili uğurla başa vurduq”, — deyə parlament sədri qeyd edib. 

Xəbər lenti
0