BAKI, 29 dek — Sputnik. Argentinada bir qrup etirazçı prezident Maurisio Makrininin içərisində olduğu avtomobili daşa basılıb. Sputnik Yeni Şafak qəzetinə istinadən xəbər verir ki, turizm kompleksinin açılışında iştirak etmək üçün ölkənin cənubundakı Villa Traful bölgəsinə səyahət edən prezidentin korteji, bir anda etirazçı qrupun daşlı hücumuna məruz qalıb.
Bununla belə, dövlət başçısı proqramına davam etmək qərarı alıb. Polis nümayişçiləri ərazidən uzaqlaşdırıb.