BAKI, 29 dek — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın inzibati ərazisində yeni dayanacaq məntəqələrinin və nişanlarının qoyulması, yol kənarında sərnişin avtobuslarının digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmadan dayanacağa daxil olması üçün "cib"lərin yaradılması istiqamətində işlərini davam etdirir.
Agentliyin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, növbəti belə dayancaq "cib"i Zabrat-Maştağa avtomobil yolunun "Sabunçu körpüsü"ndən düşən hissəsində BNA-nın təşəbbüsü ilə "Azəravtoyol" ASC tərəfindən inşa edilən yerüstü piyada keçidinin yanında salınıb. Bununla da həmin ərazidə sərnişin avtobuslarının digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmadan dayanacaq məntəqəsinə rahat giriş-çıxışı təmin ediləcək.