BAKI, 29 dek — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 30-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. Sputnik AMB-yə istinadən xəbər verir ki, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,3% artaraq 1,7707 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, bu gün dolların məzənnəsi 1,7662 manata bərabər olub.
Xatırladaq ki, bu gün AMB-də Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,7662 məzənnəsi ilə başlayıb və 1,7707 məzənnəsi ilə yekunlaşıb.