ABŞ-ın dövlət katibi anti-semit elan edildi

© faktxeber.comBenyamin Netanyahu
Benyamin Netanyahu - Sputnik Azərbaycan
Abunə olmaq
Con Kerrinin, İsrailin Fələstinə aid torpaqlarda yəhudi məskənləri salmasını tənqid etməsi yəhudilərin narazılığına səbəb olub

BAKI, 29 dek — Sputnik. İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın dövlət katibi Con Kerrini anti-semit adlandırıb. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, Netanyahu işğal olunmuş Fələstin torpaqlarında İsrailin yəhudi yaşayış məskənləri salma planını tənqid edən Con Kerrinin bəyanatını anti-semitizm kimi dəyərləndirib.

"Cənab Kerrinin çıxışı İsrailin əleyhinə olan bir çıxışdır. Bu çıxış eynilə onun BMT TŞ-yə təqdim etdiyi qərarla eynidir. ABŞ dövlət katibi çıxışında yəhudi yaşayış məntəqələrinin salınması məsələsi ilə bağlı qərəzli mövqeyə malik olduğunu sübut etdi", — deyə Netanyahu bildirib.

Xatırladaq ki, Con Kerri İsrailin Fələstinə aid torpaqlarda yəhudi məskənləri salmasını sərt şəkildə qınamışdı.

Xəbər lenti
0