BAKI, 29 dek — Sputnik. Bu gün günorta radələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində 2 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və vətəndaşları aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 15:57-də başa çatıb.
Bağlı qapı arxasında qalan şəxs xilas edildi
19:38 29.12.2016 (Yenilənib: 20:47 16.11.2021)
Abunə olmaq
Dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və vətəndaşları aidiyyəti üzrə təhvil veriblər