Politoloq Azər Rəşidoğlu deyir ki, bu, Türkiyə — ABŞ münasibətlərinin daha da gərginləşməsinə səbəb olacaq: “Ərdoğan hakimiyyətinin Vaşinqtonla münasibətləri onsuz da soyuq idi. Bu bəyanatdan sonra Türkiyə — ABŞ münasibətləri daha da gərginləşəcək. Faktiki olaraq, Ərdoğan bu bəyanatla Putinin bu günədək dediyi fikri təsdiqləmiş oldu”.
“Artıq üfiqdə yeni bir blokun konturları görünür – Türkiyə, İran və Rusiya arasında yeni bir əməkdaşlıq yaradılmaqdadır. Lakin Türkiyə ordusu, kəşfiyyatı və siyasi dairələri Amerikanın təsirində olublar. Bu baxımdan, rəsmi Ankaranın Vaşinqtonla belə açıq savaşa çıxması Ərdoğan hakimiyyətinə qarşı hansısa addımların atılması ilə nəticələnə bilər. Türkiyədə iqtisadi böhran dərinləşə bilər və ölkə daxilində etnik və dini zəmində qarşıdurmalar arta bilər. Bundan başqa, Türkiyədə terror aktlarının, sui-qəsdlərin artacağını proqnozlaşdıra bilərik”, — deyə o bildirib.