CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nərgiztəpə — oğuz elinin alınmaz qalası

© Sputnik / Kamal AlmuradlıNərgiztəpə
Nərgiztəpə - Sputnik Azərbaycan
Abunə olmaq
Bura Azərbaycan tarixinin bütöv bir mərhələsinə işıq saçır

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 28 dek — Sputnik. "Ərənlər əvrəni Qaracuq Çoban sapanının ayasına daş qodı, atdı. Birin atanda ikisin-üçin yıqdı, ikisini atanda üçin-dördin yıqdı. Kafirlərin gözinə qorxu düşdi. Qaracuq Çoban kafirin üç yüzini sapan daşıyla yerə bıraqdı. İki qardaşı oxa düşdi, şəhid oldı. Çobanın daşı dükəndi; qoyun deməz, keçi deməz, sapanın ayasına qor atar, kafiri yıqar." 

© Sputnik / Kamal AlmuradlıKeçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən və keçmiş Martuni (indiki Xocavənd) rayonundan Azərbaycan hökumətinin nəzarətində olan yeganə ərazi
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən və keçmiş Martuni (indiki Xocavənd) rayonundan Azərbaycan hökumətinin nəzarətində olan yeganə ərazi - Sputnik Azərbaycan
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən və keçmiş Martuni (indiki Xocavənd) rayonundan Azərbaycan hökumətinin nəzarətində olan yeganə ərazi

Nərgiztəpə… Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən və keçmiş Martuni (indiki Xocavənd) rayonundan Azərbaycan hökumətinin nəzarətində olan yeganə ərazi. Bu yüksəklik tarixin müxtəlif dönəmlərində qanlı döyüşlərə şahidlik edib, oğuz elinin alınmaz qalasına çevrilib.

Söhbətimizə "Kitabi-Dədə Qorqud" dastanındakı "Salur Qazanın evi yağmalandığı boy"dan körpü salmağımız heç də təsadüfi deyil. Uzaq əsrlərdən bu günümüzədək gəlib çıxan rəvayətə görə, Qaracuq (Qaraca) Çobanın mərdliklə vuruşduğu, qardaşları Qabangücü və Dəmirgücünün şəhid olduğu hadisə bu yerdə baş verib. Xalq inancına görə, ərazidəki iri daşlar, yaxud "daşlaşmış qoyunlar" qeyri-adi gücə malik el qəhrəmanının sapandından çıxaraq hərəsi bir tərəfə yuvarlanıb, onun özü isə bu yerdə dəfn olunub.

© Sputnik / Kamal AlmuradlıNərgiztəpədə tapılmış, üzərinə ox, kaman işarələri, damğalardan ibarət naxışlar çəkilmiş qəbirüstü daş
Nərgiztəpədə tapılmış, üzərinə ox, kaman işarələri, damğalardan ibarət naxışlar çəkilmiş qəbirüstü daş - Sputnik Azərbaycan
Nərgiztəpədə tapılmış, üzərinə ox, kaman işarələri, damğalardan ibarət naxışlar çəkilmiş qəbirüstü daş

Xocavənd Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Şaiq Aslanov Sputnik-ə məlumat verir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Dağlıq Qarabağ və ona bitişik rayonlar işğal olunarkən, Nərgiztəpə də bir müddət erməni hərbi qüvvələrinin nəzarətinə keçib: "1993-cü ilin sonlarından başlayaraq Azərbaycan Ordusu və könüllülər amansız döyüşə atılaraq ərazini geri almağa müvəffəq olub".

"Təpənin yüksəkliyində torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş 150-yə yaxın şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə abidə kompleksi yaradılıb, Azərbaycanın dövlət bayrağı asılıb. Beləcə Nərgiztəpə xocavəndlilər üçün vətənpərvərlik ruhuna, qürur mənbəyinə və and yerinə çevrilib." — deyir Ş. Aslanov.

Barəsində dastan və rəvayətlər dolaşmağı, siyasi, hərbi-strateji əhəmiyyəti öz yerində, Nərgiztəpə, həm də tarixi abidə kimi də qiymətlidir. Onun haqqında ilk dəfə ötən əsrin ortalarında Mil-Qarabağ bölgəsində tədqiqat aparan görkəmli rus alimi A. A. İessen məlumat verib. Orta tunc və antik dövr küp qəbirləri mədəniyyətinə aid keramika nümunələrinə əsaslanan araşdırıcı, təpəni çoxtəbəqəli abidə adlandırıb.

© Sputnik / Kamal AlmuradlıNərgiztəpədə dağ çiçəkləri
Nərgiztəpədə dağ çiçəkləri - Sputnik Azərbaycan
Nərgiztəpədə dağ çiçəkləri

Son vaxtlar aparılan arxeoloji qazıntılarla burada qədim divar və xəndək qalıqları aşkar edilib. Divarın tikintisində hər hansı bərkidici maddədən istifadə edilmədiyindən, onu Azərbaycanda daha çox "təpəgöz qalaları" kimi tanınan klassik siklop tikililəri sırasına daxil edirlər. Alimlər belə tikililəri ibtidai cəmiyyətin dağılması və sinifli cəmiyyətə keçid dövünə aid edirlər. Tədqiq olunan ərazidə, üzərinə ox, kaman işarələri, damğalardan ibarət naxışlar çəkilmiş qəbirüstü daşlar, iri küp içərisində insan sümükləri olan qəbir qalıqları, daş lövhələr, boya ilə naxışlar çəkilmiş müxtəlif saxsı qablar, sədəfdən düzəldilmiş muncuq, habelə daşdan düzəldilən əmək alətləri aşkar edilib.

Gündüzqala kəndi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tarixin "xəbərçi" təpələri

Tarix üzrə fəlsəfə doktoru, arxeoloq Təvəkkül Əliyev hesab edir ki, Nərgiztəpə Azərbaycan tarixinin bütöv bir mərhələsinə işıq saça biləcək abidədir: "Burada qədim Azərbaycan dövləti olan Albaniyanın həm antik, həm də erkən orta əsrlər tarixini bütün çalarları ilə izləmək olar. Qazıntılar zamanı Orta Tunc, Son Tunc və İlk Dəmir dövrlərinə, erkən alban çağlarına aid saxsı nümunələrinə də təsadüf edilir."

… Biz bilmirik bu təpə niyə belə adlandırılıb. Nərgiz gül adıdır. Amma klassiklərimiz gözəlin gözlərini də bu gülə bənzədiblər. Bu təpə "on iki batmanlıq daş" altından da çiçək çıxarmağı bacarıb. Bu təpə saf sevgilərə şahidlik edib. Oğuz elində ana südü ilə dağ çiçəyi yaraya məlhəm buyurulub…

Xəbər lenti
0