BAKI, 28 dek — Sputnik. Himalay dağının ətəyində yerləşən, Hindistanla qonşu olan Nepalda maraqlı hadisə yaşanıb. Praseni kəndi ətrafındakı çöllükdə yaşayan fil sürüsü, anidən kəndə hücum edib.
Sputnik Washington Post-a istinadən xəbər verir ki, nə ilə qarşılaşdıqlarını anlamayan sakinlər qorxuya düşüblər. Fillərin insanlara hücumu nəticəsində 1 kənli dünyasını dəyişib, xeyli sayda insan da yaralanıb.
Hökumət rəsmisi Ram Acaryanın dediyinə görə, belə hal ölkədə ilk dəfədir ki, baş verir.