Fələstindən Beynəlxalq Cinayət Məhkəməsinə çağırış

© AP Photo / Mohammed ZaatariFələstin bayrağı, arxiv şəkli
Fələstin bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İsrailin işğal etdiyi Fələstin torpaqlarındakı məskunlaşma fəaliyyətləri ilə bağlı təcili istintaq başlatmağa çağırış edilib

BAKI, 28 dek — Sputnik. Fələstin Azadlıq Təşkilatının (FƏT) İcra Komitəsi, dövlət rəhbəri Mahmud Abbasın başçılığı ilə, Ramallahdakı prezident qərargahında yığıncaq keçirib. Təşkilat Beynəlxalq Cinayət Məhkəməsini İsrailin işğal etdiyi Fələstin torpaqlarındakı məskunlaşma fəaliyyətləri ilə bağlı təcili istintaq başlatmağa çağırıb.

Sputnik bu barədə Anadolu Agentliyinə istinadən məlumat verir. Yığıncaqda BMT Təhlükəsizlik Şurasında qəbul edilən İsrailin Şərqi Qüds daxil olmaqla işğal altındakı Fələstin torpaqlarında qeyri-qanuni məskunlaşma fəaliyyətlərinə "dərhal və tamamilə" son qoyması tələb edilib.

Xəbər lenti
0