BAKI, 28 dek-Sputnik. Alimlər insanların gözlərinin rəngi ilə istedadları arasında birbaşa əlaqə olduğunu sübut ediblər. ABŞ-ın Kentukki ştatındakı Luisvil Universitetinin alimləri tədqiqatlar nəticəsində müəyyən ediblər ki, ən uğurlu insanlar məhz mavi gözlü insanlar olurlar. Onlar dünyadakı ən uğurlu biznesmenlərin, elm, siyasət, mədəniyyət və incəsənət adamlarının əksəriyyətinin mavi gözlülər olduğunu müəyyən ediblər.
Mütəxəssislərin sözlərinə görə, gözünün rəngi mavi olan insanlar təhsilə, öyrənməyə çox meylli olurlar və istənilən sahəyə uğurla adaptasiya edirlər.
Alimlər qəhvəyi gözlü insanların da kifayət qədər fəal və istedadlı olduqlarını, amma onların kifayət qədər yüksəlməsinə öz eqolarının çox mane olduğunu da bildiriblər.
Qəhvəyi gözlülərin özlərini inkişaf etdirməsi daim sosial və iqtisadi statuslarında məmnunluğun yaranmasına mane olur. Onlar daim inkişafa hədəflənir, öyrənməyə, özünü inkişaf etdirməyə uğur qazanmaqdan çox enerji sərf edirlər. Mütəxəssislər hesab edirlər ki, əgər onlar özlərindən narazı qalmağı yerə qoysalar və hamıdan üstün olmaq eqolarından əl çəksələr, intellektuallıq və bacarıqlar sahəsində mavi gözlülərlə uğurlu rəqabət apara bilərlər.
Bununla yanaşı, alimlər gözünün rəngi başqa olan adamları üzülməməyə çağırıblar. Onlar qeyd ediblər ki, istisnaların mövcud olmadığı qanunlar yoxdur.