CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda marşrut xətti dəyişdi

© Sputnik / Murad OrujovBakuBus avtobusu
BakuBus avtobusu - Sputnik Azərbaycan
Abunə olmaq
Nazim İsmayılov küçəsi ilə metronun "Neftçilər" stansiyası istiqamətinə heç bir müntəzəm sərnişindaşıma marşrutu hərəkət etməməsi sakinlərin narazılıqlarına səbəb olurdu

BAKI, 28 dek — Sputnik. Bakıxanov qəsəbəsi, "Ərəblinka" adlanan ərazinin sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq, 66 saylı marşrutun hərəkət istiqamətində dəyişiklik edilməsi nəzərdə tutulub. Bu barədə Sputnik-ə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən məlumat verilib.

Avtobuslar - Sputnik Azərbaycan
Bu marşrutun hərəkət istiqaməti dəyişdirilidi

"Agentliyin mütəxəssisləri tərəfindən qeyd edilən ərazidə müvafiq araşdırma aparılıb və müəyyən olunub ki, 66 saylı marşrut xətti Qaraçuxur qəsəbəsi istiqamətinə hərəkət edərkən, Nazim İsmayılov küçəsi (Ərəblinka yaşayış sahəsi), əks istiqamətinə isə Zaur Şərifov küçəsi — Gənclik prospekti ilə hərəkət edir. Həmçinin, Nazim İsmayılov küçəsi ilə metronun "Neftçilər" stansiyası istiqamətinə heç bir müntəzəm sərnişindaşıma marşrutu hərəkət etmədiyi üçün, bu da sakinlərin haqlı narazılıqlarına səbəb olurdu." — məlumatda bildirilir.

Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən aparılan təhlilləri nəzərə alaraq, Nazim İsmayılov (Ərəblinka yaşayış sahəsi) və Zaur Şərifov küçələrinin sakinlərinin müntəzəm sərnişindaşıma marşrutundan istifadə etmələri üçün 66 saylı marşrutun hərəkət istiqamətində dəyişiklik edilərək sxemdə göstərildiyi qaydada, Zaur Şərifov küçəsindən Cəlal Qurbanov küçəsinə dönərək, oradan isə geriyə Zaur Şərifov küçəsi, Nazim İsmayılov küçəsi və Şamil Kamilov küçəsi ilə hərəkət etməsini məqsədəuyğun hesab edilir.

"Məlumat üçün bildiririk ki, Gənclik prospekti ilə alternativ olaraq 55 və 81 nömrəli müntəzəm marşrutlar hərəkət etdiyi üçün, həmin ərazinin sakinləri qeyd edilən marşrut xətlərindən istifadə edə bilərlər. Həmçinin, yaxın zamanda avtobusların dayanması üçün Cəlal Qurbanov küçəsində dayanacaq məntəqəsinin yaradılaraq 5.12 yol nişanının və digər yol hərəkət nişanlarının quraşdırılması nəzərdə tutulub." — agentlikdən bildirilib.

"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sərnişinlərin nəzərdə tutulan dəyişikliklə bağlı əvvəlcədən məlumatlandrımaq məqsədi ilə bildiririk ki, 66 saylı marşrut xətti üzrə avtobuslar 03.01.2017-ci il tarixindən test rejimində yeni sxem üzrə hərəkət edəcək. Test rejimi müddətində sərnişinlərin sözügedən dəyişikliklə bağlı hər hansı bir narazılığı olmayacağı halda, bu hərəkət sxemi təsdiq ediləcək." — əlavə olunur.

Xəbər lenti
0