BAKI, 28 dek-Sputnik. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp səlahiyyətləri bitmək üzrə olan Barak Obamanın ona hakimiyyəti rahat şəkildə ötürmədiyini və maneələr yaratdığını açıqlayıb.
Sputnik-in məlumatına görə, bunu Tramp özünün "Twitter" hesabında qeyd edib:
"Çalışıram ki, onun yaratdığı çoxsaylı maneələrə və reaksiyama səbəb olacaq açıqlamalarına fikir verməyim. Düşünürdüm ki, hakimiyyət mənə hamar şəkildə ötürüləcək. Yanılırdım".
Barak Obama Trampı seçkiqabağı kampaniya zamanı çox tənqid etsə də, Tramp prezident seçiləndən sonra ona hakimiyyəti ötürməkdə yardımçı olacağını söyləyib. Obama ilə Tramp Ağ evdə keçirdikləri görüşdən başqa bir neçə dəfə telefonla danışıblar.