BAKI, 27 dek — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev ölkədə turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.
Sputnik-nın xəbərinə görə, fərman Azərbaycan prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli fərmanının və “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli sərəncamının tətbiqi ilə əlaqədar imzalanıb.
Fərmana əsasən “Azərbaycan Respublikasının Turizm Şurası haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Turizm Şurasının tərkibi” təsdiq edilib.
Bundan başqa, ölkənin turizm potensialının daha da artırılmasını və beynəlxalq səviyyədə tanıdılmasını təmin edən “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxsin yaradılması, fəaliyyətinin təmin edilməsi və maliyyələşdirilməsinə dair mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə aidiyyəti dövlət qurumlarına müvafiq göstərişlər verilib.
Azərbaycan Respublikası Turizm Şurasının tərkibi:
Şuranın sədri
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Şuranın üzvləri:
İnam Kərimov – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Arif Məmmədov – Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru
Nadir Hüseynov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Emin Hüseynov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Sahib Ələkbərov – Azərbaycan Respublikası vergilər nazirinin müavini
Tapdıq Əmiraslanov – Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Oruc Zalov – Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Firdovsi Əliyev – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Əsgər Abdullayev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Rafiq Cəlilov – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini
Fərhad Tağı-zadə – Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin müavini
Pərviz Musayev – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini
Bədəl Bədəlov – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Natəvan Qədimova – Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri
Fidumə Hüseynova – Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini
Əsgər Ələkbərov – Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi
İlqar Mustafayev – Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi.