Paytaxtın daha bir küçəsi təmirə bağlanıb

© Photo : Azəravtoyol ASC-nin mətbuat xidmətiNərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işlərinə başlanılıb
Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işlərinə başlanılıb - Sputnik Azərbaycan
Abunə olmaq
Təmir işləri çərçivəsində zəruri olan yerlərdə səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya qurulur

BAKI, 27 dek — Sputnik. Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işlərinə başlanıb. Bu barədə Sputnik-ə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

"Nəcəf Nərimanov küçəsinin uzunluğu 630 metr, eni isə 10 metrdir. Təmir işləri çərçivəsində zəruri olan yerlərdə səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya qurulur. Bundan başqa aidiyyəti qurum tərəfindən su xətlərinin yenilənməsi işləri də həyata keçirilir. Aparılan kompleks tədbirlər gələcəkdə yolun hərəkət hissəsinin qısa müddət ərzində sıradan çıxmasını sığortalamış olacaq", — Nəcəfli bildirib.

© Photo : Azəravtoyol ASC-nin mətbuat xidmətiNərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işlərinə başlanılıb.
Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işlərinə başlanılıb - Sputnik Azərbaycan
1/6
Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işlərinə başlanılıb.
© Photo : Azəravtoyol ASC-nin mətbuat xidmətiNərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işlərinə başlanılıb
Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işlərinə başlanılıb - Sputnik Azərbaycan
2/6
Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işlərinə başlanılıb

3/6

4/6

5/6

6/6
Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işlərinə başlanılıb
1/6
Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işlərinə başlanılıb.
2/6
Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işlərinə başlanılıb
3/6
Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işlərinə başlanılıb
4/6
Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işlərinə başlanılıb
5/6
Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işlərinə başlanılıb
6/6
Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işlərinə başlanılıb

Onun sözlərinə görə, təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir: "Daha sonra küçənin 6 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Bundan başqa kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları da yenilənəcək".

"Aparılan işlər çərçivəsində mövcud piyada səkiləri bərpa olunub və yeniləri tikilərək asfaltlanıb. Piyada səkilərinin kənarlarına 1200 paqon-metr yeni səki daşları düzülüb" — ASC sözçüsü vurğulayıb.

Qeyd edək ki, təmir işləri bitdikdən sonra küçədə zəruri olan yerlərdə yol nişanları quraşdırılmaqla, yolcizgi, yolgöstərici xətlər çəkilməklə avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunacaq və küçə yeni görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Xəbər lenti
0