BAKI, 27 dek — Sputnik. Şimali Koreya prezidenti Kim Çen In növbəti qalmaqala imza atıb. O, Milad bayramı və Yeni ilin qeyd olunmasını qadağan edib.
Sputnik Türkiyə NTV-nə istinadən xəbər verir ki, Kim Çen In ata anası olan Kim Çen Sukun Milad günündə anadan olduğunu söyləyərək "İsa peyğəmbərə tapınmaqdansa, gedin nənəmə sitayiş edin", deyib.
Qeyd edək ki, nənə Kim Çen Suk Koreya İnqilabının müqəddəs anası adlanır.