BAKI, 27 dek — Sputnik. Cəmi 2 yaşı olmasına baxmayaraq, bu qızcığaz tam bir flamenqo aşiqidir. Olduqca çətin rəqs növü hesab edilən flamenqonu elə bacarıqla oynayır ki, insanın heyrətə düşməməsi mümkün deyil.
Braziliyada yaşayan Gigi Valenti adlı bu balaca qızcığazın anası da flamenqo üzrə rəqqasdır. Lakin ana Valenti özü belə, uşağının bu məharəti qarşısında heyrətə düşüb.
"Hər gün böyük güzgünün qarşısında durub, flamenqo rəqsini elə ifa edir ki, inanın, tanıdığım bir çox böyüklərdən yaxşı alınır" — deyə ana deyib.
Sputnik Mynet-ə istinadən həmin video görüntünü təqdim edir: