BAKI, 27 dek — Sputnik. Göyərtəsində 154 sərnişin olan "Jet Airways" aviaşirkətinə məxsus Boeing 737-800 tipli sərnişin təyyarəsi Hindistanın Qoa ştatınındakı hava limanında uçuş-enmə zolağından çıxıb. Sputnik Wall Street Journal-a istinadən xəbər verir ki, hadisədə 15 nəfərin xəsarət aldığı bildirilib. Yaralılara yerində müdaxilə edilib.
Qeyd edək ki, təyyarə Hindistanın Mumbay şəhərinə uçmaq üçün havalanıb.