BAKI, 27 dek — Sputnik. Suriyadakı insanlıq dramına diqqət çəkmək istəyən Avropanın müxtəlif ölkələrindən 400 aktivist, "Hələb üçün yürüş" şüarı ilә Almaniyanın paytaxtı Berlindən Hələbədәk yürüş edәcәk. Sputnik TRT-yə istinadən xəbər verir ki, Suriyada bombardmanların dayanması, vətəndaşlara humanitar yardımların çatdırılmasını istəyən aktivistlər, məlumatlarını sosial media hesablarından bölüşəcəklər.
Yürüş marşrutu üzərində Çexiya, Avstriya, Sloveniya, Xorvatiya, Serbiya, Makedoniya, Yunanıstan və Türkiyə var. Gündə, təxminən 20-25 kilometr yürüş etmәyi hәdәfləyәn aktivistlәr, dörd ay sonra Hələbə çatmağı qarşılarına məqsəd qoyublar.