BAKI, 27 dek — Sputnik. Bakıda yenə qadın zorlayıblar. Bu dəfə cinayət hadisəsi günorta vaxtı zərərçəkmişin öz mənzilində baş verib. Bu barədə Sputnik-ə Səbail rayon Polis İdarəsindən məlumat verilib.
Adı çəkilən rayonun 39-cu polis bölməsinə, 1981-ci il təvəllüdlü Rusiya vətəndaşı, müvəqqəti olaraq Bakıda Üzeyir Hacıbəyov küçəsindəki mənzildə yaşayan M.Q. ərizə ilə müraciət edib. Qadın ərizədə göstərib ki, günorta saat 15:00-da tanışı Rövşən onu zorlayıb.
Hələlik şübhəli şəxs saxlanılmayıb. İstintaq zorlanmanın hansı şəraitdə baş verdiyi, yaxud da ümumiyyətlə baş-verib vermədiyini araşdırır.