Asim Mollazadə: Görünür ki, beynəlxalq terror təşkilatları Türkiyəni hədəf kimi seçib
Beynəlxalq terror şəbəkəsi Türkiyədə fəallığını artırıb. Qardaş ölkədə baş verən terror hadisələri və Rusiya səfiri Andrey Karlova qarşı sui-qəsdə münasibət bildirən Azırbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Sputnikə açıqlamasında belə deyib.
Diplomatın qətlini pisləyərək deputat deyib ki, burada hədəf Türkiyədir.
“Görünür ki, beynəlxalq terror təşkilatları Türkiyəni hədəf kimi seçib. İstər PKK, istər İŞİD, istərsə də digər terror təşkilatları qardaş ölkəni zəiflətmək, bölgədə rolunu sarsıtmaq üçün var gücü ilə çalışır. Türkiyə güclü və özünü müdafiə etməyə qadir olan bir dövlətdir. Tam əminəm ki, terrorla mübarizədə Türkiyə qalib çıxacaq", — Mollazadə vurğulayıb.