Türkiyədə daha bir hay-küylü həbs

© Photo : OnedioHDP sədr müavini Aysel Tuğluk
HDP sədr müavini Aysel Tuğluk - Sputnik Azərbaycan
Abunə olmaq
HDP sədrinin müavini Aysel Tuğluk polis nəzarətinə götürülüb

BAKI, 26 dek — Sputnik. Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) sədr müavini Aysel Tuğluk polis nəzarətinə götürülüb. Sputnik xəbər verir ki, tutulması barədə ilk xəbəri Aysel Tuğluk özü Twitter hesabından paylaşıb.

"Qadın iradəsinə qarşı edilən bu hücumu qəbul etmirik" — deyə Tuğluk sosial şəbəkədən mesaj paylaşıb.

Qeyd edək ki, sədr Səlahəddin Dəmirtaş və partiyanın digər bir neçə üzvü PKK-ya yardım səbəbilə 2 ay əvvəl həbs edilib.

Xəbər lenti
0