BAKI, 26 dek — Sputnik. Qala-Pirallahı avtomobil yolunun ikinci hissəsinin açılışı olub. Sputnik xəbər verir ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib. Prezident yolun rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 26-da Bakı şəhəri Binə qəsəbəsinin Əli İsazadə küçəsində yenidənqurmadan sonra görülən işlərlə də tanış olublar. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov küçədə görülən yenidənqurma işləri barədə dövlətimizin başçısına məlumat verib. Prezident küçənin rəmzi açılışını bildirən lenti kəsib.
Bu gün, həmçinin prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 26-da Bakı Konqres Mərkəzinin qarşısında yeni salınmış istirahət parkının açılışında iştirak ediblər. Dövlət başçısı parkın rəmzi açılışını bildirən lenti kəsib.
Nəhayət, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Bakı Ağ Şəhər"də görülən işlərlə tanış olublar. Dövlət başçısına və xanımına "Bakı Ağ Şəhər" layihəsi çərçivəsində görülən işlər barədə məlumat verilib.