BAKI, 26 dek — Sputnik. Avstraliyanın Tasmaniya əyalətində gəzintiyə çıxan nəhəng bir suiti yerli sakinin maşınının üstünə çıxaraq onu əzib. Sputnik xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyanın ABC telekanalı suitinin səhərin erkən saatlarında okeandan 50 kilometr uzaqlıqdakı Launceston şəhərində özbaşına dolaşdığını xəbər verib.
Bu nəhəng suitini maşınının üstündə görən şəhər sakini müvafiq instansiyaya xəbər verib. Suiti Parklar və Vəhşi Təbiət Departamentinin əməkdaşları tərəfindən sakitləşdirici silahla vurulub və xüsusi vasitələrin köməyi ilə təbii yaşayış sahəsinə geri aparılıb.
— Sallese Gibson (@sallesegibson) 26 декабря 2016 г.
Suitinin üstünə çıxdığı maşının isə tavanı tamamilə çöküb, qabaq şüşəsi qırılıb və kapotu əzilib. Maşına bir neçə min dollarlıq ziyan dəyib.
Bu hadisə qış tətilindəki Avstraliyada günün hadisəsinə çevrilib. Minlərlə adam sosial mediada sığorta şirkətinin bu cür vərdiş etmədikləri ziyanın əvəzini ödəyib-ödəməyəcəyini müzakirə edir. Tasmaniya polisi tərəfindən "Mr Lou-Seal' adı verilən suitinin okeandan kilometrlərlə uzaqda olan və nəqliyyatın gur işlədiyi bir yolun kənarına necə gəldiyi hələlik bəlli deyil.