“İsrailin BMT-yə qarşı davranışı etik qaydalara sığmır”

© AFP 2024 / JAAFAR ASHTIYEHСотрудники сил безопасности Израиля вблизи населенного пункта Кадумим в ходе столкновений против экспроприации палестинских земель, 23 декабря 2016 года
Сотрудники сил безопасности Израиля вблизи населенного пункта Кадумим в ходе столкновений против экспроприации палестинских земель, 23 декабря 2016 года - Sputnik Azərbaycan
Abunə olmaq
Qabil Hüseynli: Rəsmi Təl-Əviv hələ də başa düşmək istəmir ki, o başqa dövlətin torpaqlarını işğal edib

BAKI, 26 dek – Sputnik. BMT Təhlükəsizlik Şurasının Fələstin torpaqlarında İsrailin mәskunlaşma fәaliyyәti ilә bağlı qәbul etdiyi qәtnamәdәn sonra layihәnin lehinә sәs verәn ölkәlәrin İsraildәki sәfirlәri Xarici İşlәr Nazirliyinә çağırılıb.

Sputnik Türkiyə KİV-nə istinadən xəbər verir ki, qәbul olunan qәrara sərt reaksiya verәn İsrail sәfirlәrdәn izahat tələb edib.

İsrailin baş naziri Binyamin Netanyahu  sәsvermәdә bitәrәf qalan ABŞ-ı da sәrt dillә tәnqid edib.

Binyamin Netanyahu bildirib ki: “ABŞ ilә aramızda mәskunlaşma siyasәti ilә bağlı fikir ayrılığı  olub. Bununla belə, biz əvvəllər razılaşmışıq ki, BMT Təhlükəsizlik Şurası bu məsələnin həlli yeri deyil”. 

İsrail baş naziri  veto hüququndan istifadə etməyən ABŞ-ı İsraili tək qoymaqla günahlandırır.

BMT Təhlükəsizlik şurasının qərarını, ardınca yaşanan prosesləri Sputnik-ə dəyərləndirən politoloq Fikrət Sadıxov deyib ki, Vaşinqton İsrailin genişlənmə siyasətinə qarşıdır:

“ABŞ-ın səsvermə zamanı bitərəf qalması yeni bir şey deyil. Amerika hər zaman İsraili dəstəkləyərək, müttəfiq bir dövlət kimi əlaqələri inkişaf etdirməklə yanaşı, eyni zamanda çalışır ki, Fələstin məsələsində balansı qoruyub saxlasın. Vaşinqton istəyir ki, İsrail-Fələstin danışıqlarına xələl gəlməsin. Birləşmiş Ştatlar son illər ərzində, xüsusilə Demokratların hakimiyyəti dövründə çalışır ki, problem müəyyən balansa uyğun həllini tapsın. Aydın məsələdir ki, İsrail bəzi təhlükəsizlik məsələlərini bilərəkdən qabardır. Əhalisini özlərinə aid olmayan torpaqlara yerləşdirir. Bu da ərəb dünyasının, xüsusilə Fələstin tərəfinin qəzəbinə tuş gəlir. Amerika məhz özünə qarşı belə bir nifrətin yaranmasını arzu etmir. Ona görə də Ağ Ev hesab edir ki, İsrailin genişlənmə siyasəti dayanmalıdır”. 

Təl-Əviv hökumətinin BMT qərarına göstərdiyi reaksiyanın etik qaydalara sığmadığını deyən politoloq Qabil Hüseynli Sputnikə açıqlamasında bildirib ki, baş nazir Binyamin Netanyahunun hərəkətləri çılğınlıqdan başqa bir şey deyil: “Söhbət tarixi ədalətin bərpasından gedir. Dövlətlər də bu tarixi ədaləti bildiklərinə görə, qətnamənin lehinə səs veriblər. Həmin ölkələrin səfirlərinin İsrail XİN-ə çağırılması, BMT ilə əlaqələri kəsərik kimi verilən bəyanatlar siyasi etik qaydalara uyğun deyil. Rəsmi Təl-Əviv hələ də başa düşmək istəmir ki, o başqa dövlətin torpaqlarını işğal edib. İsrail inkişaf etmiş, sivilizasiyalı bir ölkədir. Və beynəlxalq qanunları da hamıdan yaxşı bilir. BMT kimi nüfuzlu bir təşkilatı aşağılamaq qəbuledilməzdir. Güman edirəm ki, İsrail BMT ilə əlaqələrini pozsa, bu onun üçün daha ağır olar”. 

Xəbər lenti
0