BAKI, 26 dek — Sputnik. Dünən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılıb. Nazirliyin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 13:30-da başa çatıb.
Mənzilə civə dağıldı
10:42 26.12.2016 (Yenilənib: 20:47 16.11.2021)
© Photo : STRCivə
© Photo : STR
Abunə olmaq
Maye halında olan kimyəvi maddə FHN-in Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib