Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Əfsanəvi ansamblın son çıxışı

Abunə olmaq
Bu, Aleksandrov ansamblının Moldova səhnəsində sonuncu çıxışı oldu

Rusiya ordusunun Aleksandr Aleksandrov adına ikiqat Qırmızı bayraqlı Akademik mahnı və rəqs ansamblı Kişinyovda unikal konsert vermişdi. Sputnik Moldovanın məlumatına görə, hərbi mövzudakı məşhur kompozisiyalar və sevilən rus xalq mahnılarından ibarət proqram Mariya Bieş adına Milli opera və balet teatrında təqdim olunmuşdu.

Konsert Böyük Vətən Müharibəsində qələbənin 70-illiyi münasibətilə və Aleksandrov ansamblının böyük beynəlxalq turu çərçivəsində reallaşmışdı. Bu hadisənin təşəbbüskarı Rusiyanın Moldovadakı səfirliyi idi. Bu, Aleksandrov ansamblının Moldova səhnəsində birinci və sonuncu çıxışı oldu.

Sputnik ötən gün qəzaya uğramış təyyarədə həyatını itirən Aleksandrov adına ansamblın artistlərinin xatirəsinə o çıxışdan hazırlanmış videomaterialı oxuculara təqdim edir.

Qeyd edək ki, ötən gün səhər Suriyaya uçan Tu-154 Rusiya təyyarəsi Qara dəniz üzərində qəzaya uğrayıb. Təyyarədə 92 nəfər olub ki, onların da 8-i ekipaz üzvləri, 84-ü isə sərnişin olub. Sərnişinlərin 8-i hərbçi, 64-ü Aleksandrov adına ansamblın artistləri, 10-u Rusiya telekanallarının əməkdaşları, 2-si federal dövlət xidmətçisi və "Ədalətli yardım" xeyriyyə fondunun rəhbəri, Doktor Liza adı ilə məşhur olan Yelizaveta Qlinka olub.

Xəbər lenti
0