Netanyahu Obamanı günahlandırdı

© Sputnik / Aleksey Nikolsky / Mediabanka keçidİsrailin baş naziri Benyamin Netanyahu
İsrailin baş naziri Benyamin Netanyahu - Sputnik Azərbaycan
Abunə olmaq
Netanyahu Obama administrasiyasının əslində bu qətnamənin təşəbbüskarı olduğunu və BMT Təhlükəsizlik Şurasında qəbuluna nail olduğunu bildirib.

BAKI, 25 dek — Sputnik. İsrail baş naziri Binyamin Netanyahu BMT Təhlükəsizlik Şurasında İsrailin məskunlaşma fəaliyyəti əleyhinə qəbul edilən qətnaməyə görə ABŞ administrasiyasını ittiham edib.

RİA Novosti-nin verdiyi məlumata görə, Netanyahu Obama administrasiyasının əslində bu qətnamənin təşəbbüskarı olduğunu və BMT Təhlükəsizlik Şurasında qəbuluna nail olduğunu bildirib.

Qətnamədə İsraildən Fələstin torpaqlarında məskunlaşmaya son qoyması tələb edilir. 

Netanyahu deyib ki, İsrail hakimiyyətinin xahişinə baxmayaraq, amerikalılar BMT Təhlükəsizlik Şurasında veto hüquqlarından istifadə etməyib: “On illər ərzində amerikalılarla İsrail hökumətləri arasında məskunlaşma siyasəti ilə bağlı fikir ayrılığı olub. Bununla belə, biz əvvəllər razılaşmışıq ki, BMT Təhlükəsizlik Şurası bu məsələni həlli yeri deyil”.

BMT Təhlükəsizlik Şurasında qəbul edilən qətnaməyə Təhlükəsizlik Şurasının 4 daimi, 10 qeyri-daimi üzvü səs verib, ABŞ isə bitərəf qalıb. Qətnamənin müəllifləri Yeni Zellandiya, Seneqal, Malayziya və Venesuela olub. İsrail bu 4 ölkədəki səfirlərini geri çağırıb.

Xəbər lenti
0