BAKI, 25 dek — Sputnik. Çinin Şençi əyalətindəki kəndlərdən birinin sakini 25 il ərzində ən qumbarası ilə qoz sındırıb. Amma bunun ölümcül dərəcədə təhlükəli olduğunu bilməyib.
Sputnik-in məlumatına görə, bu barədə “Jenmin Jibao” yerli KİV-ə istinadla yazıb.
“Xuaşan Jibao” qəzetinin məlumatına görə, hadisənin üstü bu ilin dekabrın əvvəllərində Jan familiyalı Dunmu şəhər dairəsinin kəndlərindən birinin sakini əl qumbarasını polis idarəsinə gətirəndən sonra açılıb.
Kişi qeyd edib ki, 1991-ci ildə, o, Xebey əyalətinin Şuantsyao şəhərində işləyərkən kimsə ona bu qumbaranı verib. Amma o, bu əşyanın əl qumbarası olduğunu bilməyib. Jan qeyd edib ki, ona nə olduğu məlum olmayan bu metal “baş” qoz qırmaq üçün yaxşı vasitə kimi görünüb.
Bu yaxınlarda onun əlinə odlu silah və partlayıcı qurğuların qadağan edilməsi barədə qeyd düşüb. Həmin qeydlərdə silah və partlayıcıların şəkilləri də əks olunubmuş. O, məhz bu vaxt bilib ki, onun 25 ildir qoz qırdığı şey ölümcül təhlükəli olan əl qumbarasıdır.
Jan bundan sonra qoz qırdığı bu qurğunu yerli polis şöbəsinə gətirmək qərarına gəlib. Polis kişinin bu hərəkətini “düşüncəsizlik” kimi qiymətləndirib.