Bu ölkədə narkotikə görə cəza ləğv olunur

© Sputnik / Vitaly Ankov / Mediabanka keçidNarkotik tərkibli çətənə kollarının məhvi
Narkotik tərkibli çətənə kollarının məhvi - Sputnik Azərbaycan
Abunə olmaq
Təşəbbüsü Gürcüstanın ombudsmanı irəli sürüb. Ombudsman marixuanadan istifadəyə görə həbs cəzasını həddindən artıq sərt olduğunu iddia edib.

BAKI, 25 dek — Sputnik. Gürcüstanda kiçik dozada marixuanadan şəxsi məqsəd üçün istifadəyə görə həbs cəzası ləğv olunub.

APA-nın verdiyi xəbərə görə, müvafiq qərar ölkənin Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilib.

Qərara əsasən, məhkəmə marixuanadan şəxsi məqsəd üçün istifadəyə görə həbs cəzası nəzərdə tutan normanı Konstitusiyaya zidd hesab edib.

Təşəbbüsü Gürcüstanın ombudsmanı irəli sürüb. Ombudsman marixuanadan istifadəyə görə həbs cəzasını həddindən artıq sərt olduğunu iddia edib.     

Xəbər lenti
0