BAKI, 25 dek — Sputnik. Britaniyanın “Mercer” şirkəti illik hesabatında Kiyevi Avropanın ən təhlükəıli şəhəri adlandırıb.
Modern.az xəbər verir ki, “Mercer” bütün dünyada 450 şəhərlə bağlı araşdırmasında bu göstəriciləri nəzərə alıb: siyasi və social sabitlik, cinayətkarlıq, hüquq-mühafizə orqanlarının durumu;
iqtisadi sahədə — valyuta dəyişmə normativi aktları, bank xidməti; sosial-mədəni sahədə — kütləvi informasiya vasitələrinin sayı və senzura, söz azadlığının məhdudlaşdırılması;
tibbi və sağlamlıq aspektləri.
Kiyev təhlükəli etirazlar, eləcə də soyğunçuluq həddinə görə ən təhlükəli şəhər hesab olunub.
Ukrayna paytaxtının ardınca Belqrad (Serbiya) və Afina (Yunanıstan) gəlir.