BAKI, 25 dek — Sputnik. Dünya şöhrətli astroloq Vyaçeslav Bonça Sputnik Belarus-a yaxınlaşan 2017-ci ildə insanları nələrin gözləyəcəyindən danışıb.
2017-ci il ay təqvimi ilə Xoruz, günəş təqvimi ilə Dəvə ili hesab olunur. Xoruz bu dəfə alovludur, ona görə də ulduzlar öz tərəfdaşlarının maraqlarını nəzərə alan aktiv və fəal adamların tərəfində duracaq. Böyük karvanın özündə gedən Dəvə isə böyük ideyalar uğrunda kiçik şeyləri qurban verə bilir. Xoruz da, Dəvə də kollektivcanlıdırlar, elə buna görə də o adamlar ki, tərfdaşları ilə yola gedə bilirlər və ya hansısa kollektivdə işləyirlər onların az da olsa, uğur qazanmaq şansları başqalarından çoxdur.
Gələn il münasib təcrübəli, bilikli, bacarəqlı və maddi ehtiyatı olan adamlar üçün uğur gətirəcək. İl az məhsuldar olduğundan, kənd təsərrufatı sahəsində çalışan adamlar iqlim şəraitini nəzərə almalıdılar. 2017-ci il müasirləşmək və yeni istehsal sahələri yaratmaq üçün əlverişlidir. Bununla yanaşı reklam, şou-biznes və ticarət sahəsində müəyyən çətinliklər olacaq. İnsanlar qərar verərkən gərək ciddi götür-qoy eləsinlər.
Gələn il həm də dünyanın qlobal mahiyyətini dəyişdirən hadisələrin ildönümü kimi yadda qalacaq. Bu Fevral inqilabının və Oktyabr çevrilişinin, habelə Martin Lüterin islahatlarının ildönümləridir.
Bir sözlə astroloq Vyaçeslav Bonça hesab edir ki, 2017-ci il çətin il olacaq, amma ruhdan düşməyə dəyməz.