BAKI, 24 dek-Sputnik. “Mobil Rabitə Vasitələri və İnformasiya Texnologiyaları İş Adamları Dərnəyi”nin (MOBİSAD) İdarə Heyətinin sədri Sinan Ekşi̇ yeni ildə Türkiyədə məzənnə qaynaqlı artımlar və xüsusi istehlak vergisindəki ola biləcək artımın təsiriylə cib telefonu qiymətlərində ciddi yüksəlişlərə şahid olunacağını irəli sürüb.
Bu barədə Sputnik bloomberght-ə istinadla xəbər verir.
O, bildirib ki, bu vəziyyət Türkiyədə telefon satışlarında enişə və onsuz da çox yüksək rəqəmlərdə seyr edən qeydiyyatdan kənar əməliyyatlarda ciddi artımlara səbəb olacaq.
Sinan Ekşi̇ bir müddətdir qiymətlərə yansıdılmayan, amma yeni ildən etibarən həyata keçirilməsi qaçınılmaz hala gələcək olan məzənnə qaynaqlı artım və xüsusi istehlak vergisindəki ola biləcək artımla cib telefonu qiymətlərində ciddi yüksəlişə şahid olunacağını bildirib.