CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əli Həsənov: Prezident Azərbaycanı azad mediasız təsəvvür etmir

© Sputnik / Murad OrujovAzərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən elan olunan fərdi jurnalist yazısı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

BAKI, 24 dek — Sputnik. Dünya Azərbaycanlılarının Həmrəyli və Yeni il münasibətilə Azərbaycan Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən elan olunan fərdi jurnalist yazısı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Sputnik-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nın icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, KİV rəhbərləri, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən Həsənov bildirib ki, media Azərbaycan cəmiyyətinin ən nüfuzlu institutlarından biri səviyyəsindədir: "Media cəmiyyətinin formalaşmasında, inkişafında mühüm rolu oynayır. Ona görə də, ulu öndər Heydər Əliyev medianı Azərbaycan cəmiyyətinin əsas ictimai institutlarından biri kimi görürdü. Məhz buna görə də ümummilli lider media üzərindən bütün ictimai tənzimləmə mexanizmlərini aradan qaldırdı və jurnalistlər Mətbuat Şurasını yaratdılar. Bu gün biz Azərbaycan dövləti olaraq medianın rolunu və yerini onların özlərinin gördüyü kimi görürük. Prezident İlham Əliyev Azərbaycanı azad mediasız təsəvvür etmədiyini bildirib". 

Əli Həsənov, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - Sputnik Azərbaycan
Əli Həsənov: "Konstitusiya islahatları ölkədəki əsaslı dəyişikliklərdən irəli gəlir"

Həsənov qeyd edib ki, KİVDF vasitəsilə medianın inkişafına 28 milyon manata yaxın vəsait ayrılıb: "Təxminən bir o qədər də vəsait medianın problemlərinin həllinə yönəlib. Media qurumlarının borcları silinib, media dövlətin bütün qayğı mexanizmlərindən istifadə edir. Dövlət tərəfindən jurnalistlər üçün evlər tikilib və tikilməkdə davam edir. Dövlət bütün bunları ona görə edir ki, siz Azərbaycan cəmiyyətindəki ictimai rolunuzu bundan sonra bacarıqla həyata keçirə biləsiniz. Dövlət jurnalistlərin qayğısına qalır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında medianın mühüm rolu var. Bu gün biz böyük erməni lobbisi, islamafob dairələrlə üz-üzəyik. Missioner təşkilatlar var ki, Azərbaycanın inkişafını gözləri götürmür. Bütün bunlarla mübarizə aparmaq üçün biz medianın  köməyini umuruq, sizdən dəstək gözləyirik".

Sonda qaliblərə mükafatlar təqdim edilib və tədbir bədii hissə ilə davam etdirilib.

Xəbər lenti
0