BAKI, 24 dek-Sputnik. Braziliyalı fotoqrafçı Ricardo Stuckert Amazon qəbiləsinin daha əvvəl heç yerdə görülməmiş fotolarını çəkib.
Sputnik haberler-ə istinadla xəbər verir ki, fotoqrafçı helikopterlə uçarkən qəbilə ilə təsadüfən rastlaşıb.
Qəbilə Braziliyanın şimal-qərbində Peru sərhədi yaxınlarındakı Acre əyalətindəki Amazon meşələrinin içində yerləşir.
Fotoşəkillərdə qəbilə üzvləri ilə yanaşı, evlər də öz əksini tapıb.
Şəkillərdə onlara yaxınlaşan helikopterdən narahat olduqları görünür.