BAKI, 23 dek — Sputnik. Rusiya prezidenti Vladimir Putin "İraq Kürdüstanı"nın müstəqilliyinin İraqın daxili işi olduğunu bildirib. "Kurdistan 24" telekanalının Rusiyanın "İraq Kürdüstanı"nın müstəqilliyini tanıyıb-tanımayacağı barədə suala cavabında Putin bildirib ki, "kürd silahlı birləşmələri Yaxın Şərqdə terrorizmlə effektiv və kişi kimi mübarizə aparır".
"Amma müstəqillik və suverenliyə gəlincə, kürdlər bu istiqamətdə beynəlxalq hüquq çərçivəsində hərəkət etməlidirlər", — Putin bildirib.
"Kürd birləşmələri terrorizmə qarşı effektiv və kişi kimi vuruşur. Suverenlik və müstəqilliyə gəlincə, biz beynəlxalq hüquq çərçivəsində hərəkət etməyin tərəfdarıyıq", — prezident əlavə edib.
Onun sözlərinə görə, kürdlərin hüquqları təmin ediləcək: "Amma hansı formada olacaq, bu, artıq İraq hakimiyyətindən asılıdır. Biz bu məsələyə, İraqın daxili işlərinə qarışmağa hazırlaşmırıq".